-
- 19-04-2019, 18:41
- 1 868
Nazir İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 26 aprel 2019-cu il tarixdə, saat 11:00-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarının sakinləri ilə görüşəcək.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-663-40-89) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.