Nazir vətəndaşlarla görüşəcək
    • 18-06-2019, 11:38
    • 1 066

Nazir vətəndaşlarla görüşəcək

Kənd Təsərrüfatı naziri İnam Kərimov iyunun 21-də, saat 10:00-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İsmayıllı və Qəbələ rayonlarının sakinləri ilə görüşəcək. 

Bu barədə News24.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, bununla yanaşı, həmin gün nazir müavini İlham Quliyev Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları, digər naziri müavini Seyfəddin Talıbov isə Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcəklər.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-74-44), Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-336-20-90) və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-381-73-38) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.