Dövlət İmtahan Mərkəzində fənlər üzrə hazırlıq kursları keçirilib
    • 19-04-2019, 18:43
    • 1 045

Dövlət İmtahan Mərkəzində fənlər üzrə hazırlıq kursları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) fənlər üzrə hazırlıq kursları keçirilib.

Aprelin 15-19-da ingilis dili, Azərbaycan dili, kimya fənləri üzrə hazırlıq kurslarının 1-ci dərsi, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə isə 2-ci dərsi keçirilib. DİM-dən News24.az-a verilən məlumata görə, hazırlıq kurslarının 1-ci dərsində moderatorlar yeni təhsil proqramlarının (kurikulumların) strukturu, məzmunu və mahiyyəti ilə bağlı, 2-ci dərsdə isə qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış ediblər.Kursun iştirakçıları mövzularla bağlı fikir və təkliflərini bildiblər. Dərsin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Növbəti həftədə keçiriləcək hazırlıq kurslarının qrafiki:
Fənnin adıHəftənin 
 günü
Başlanma 
 vaxtı
İngilis diliI09:00
Azərbaycan diliI15:00
KimyaII09:00
FizikaIII09:00
Rus diliIII12:00
BiologiyaIV08:30
TarixIV12:30
CoğrafiyaV08:30
RiyaziyyatV11:00
Hazırlıq kurslarının keçirildiyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı.