Məşhur aktyor vəfat etdi
    • 26-02-2024, 11:30
    • 353

Məşhur aktyor vəfat etdi

“Star Trek” və “Kapitan Marvel” filmlərində rol alan dünya şöhrətli aktyor Kennet Mitçel 49 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, o, 5 ildir ALS xəstəliyindən əziyyət çəkirdi.

Mitçel, baş qəhrəmanın atası Cozef Danvers rolunu oynadığı Kapitan Marvel də daxil olmaqla müxtəlif televiziya şoularında və filmlərdə xüsusi yer alıb. Kanadada anadan olan Mitçel aktrisa Susan May Pratt ilə evli idi və onların iki övladı var.

Mehriban Mirzəzadə