Məşhur aktyor üç övladı ilə birlikdə dəhşətli qəzada VƏFAT ETDİ
    • 7-11-2023, 16:39
    • 192

Məşhur aktyor üç övladı ilə birlikdə dəhşətli qəzada VƏFAT ETDİ

Marvel filmlərinin kaskadyoru Taraja Ramsess və üç övladı yol qəzasında dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Taraja Ramsess axşam saatlarında ailəsi ilə birlikdə Atlantada magistral yolun çıxışında səyahət edərkən faciəvi avtomobil qəzasında dünyasını dəyişib.

Avtomobilinin yük maşını ilə toqquşub. Qəza zamanı ailəsi onunla birlikdə avtomobildə olub. Onların Sundari Ramsess (13 yaş), Kisasi Ramsess (10 yaş) və yeni doğulmuş Fuqibo Ramsess adlı üç övladı var idi. Qəza nəticəsində hər üç uşaq dünyasını dəyişib. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ülkər Abdurahmanlı