"Qara pantera" öldü
    • 29-08-2020, 11:02
    • 834

"Qara pantera" öldü

Amerikalı aktyor Çedvik Bouzman 42 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Bildirilib ki, aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Çedvik Bouzman "Marvel" şirkətinin Qara pantera obrazı ilə məşhurdur. Bundan başqa o, “42”, “Misir Allahları”, “Marşall” və s. filmlərdə rol alıb.