-
- 26-02-2024, 13:07
- 275
Bakıda qadın səkidə yer tapmayıb körpə uşağını maşın yolu ilə apardı - VİDEO
Uşaq arabası ilə hərəkət edən qadın başına gələn hadisəni videoya çəkərək sosial şəbəkədə paylaşıb.
News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, görüntü paytaxtın Tbilisi prospektində qeydə alınıb. Belə ki, uşaq arabası ilə hərəkət edən qadın səkidə yer tapa bilmədiyi üçün yolun hərəkət hissəsi ilə getməyə məcbur olub. Səkinin ensiz olması bir problem, orada ağacların, svetoforun, yol nişanının olması isə xanım piyadaya ikinci problemi yaşadıb. Ümumiyyətlə paytaxt yollarında bu cür mənzərələrə tez-tez rast gəlmək olur.
Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələni nəzarətə götürəcək və piyadaların rahat hərəkətini təmin edəcək.