Bakıda avtobus sürücüsü qırmızıda keçdi, "protiv" çıxdı, qəza şəraiti yaratdı - VİDEO
    • 1-10-2019, 17:45
    • 1 095

Bakıda avtobus sürücüsü qırmızıda keçdi, "protiv" çıxdı, qəza şəraiti yaratdı - VİDEO

Bakıda qayda pozaraq digər sürücüyə qəza vəziyyəti yaradan marşrut avtobusunun videosu, digər sürücü tərəfindən qeydə alınıb.

News24.az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Xocalı prospekti ilə hərəkətdə olan 99-XJ-581 qeydiyyat nişanlı, 49 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobusun sürücüsü, svetoforun qırmızı işığında hərəkət edərək sola Nəcəfqulu Rəfiyev küçəsinə dönüb. Sürücü qırmızı işıqda hərəkət edərkən, N.Rəfiyev küçəsində yaşıl işıqda hərəkət edən digər sürücünün hərəkətinə mane olub.

O, N.Rəfiyev küçəsinə döndükdən sonra da qaydaları kobud şəkildə pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb. 
Görüntüləri sizə təqdim edirik.