-
- 26-02-2024, 17:25
- 203
Aİ pul köçürmələrini sürətləndirir
Aİ Şurası avro pul köçürmələri üçün "ani ödənişlər" qaydasının üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqladı.
News24.az xəbər verir ki, ani ödəniş sistemi ilə avro pul köçürmələri həm eyni ölkə daxilində, həm də digər Aİ ölkələri arasında, hətta iş saatları xaricində də 10 saniyə ərzində həyata keçirilə bilər.
Banklar kimi ödəniş xidməti təminatçıları avro ilə ani “göndərmə” və “qəbul” xidmətləri təklif etməlidirlər.
Bu maliyyə institutları tərəfindən əməliyyat üçün alınan komissiya standart kredit köçürmələri üçün tətbiq edilən komissiyadan yüksək ola bilməz.
Beləliklə, Avropada iqtisadiyyatın və maliyyə sektorunun strateji muxtariyyəti yaxşılaşdırılacaq, eyni zamanda üçüncü ölkənin maliyyə institutlarından və infrastrukturlarından həddən artıq asılılıq azalacaq.
Qeyd edək ki, hazırda Aİ ölkələri arasında pul köçürmələri bir neçə gün çəkə bilər.
Günel Məlikzadə