Aİ LNG-yə 171,5 milyard avro xərcləyib
    • 23-02-2024, 14:32
    • 228

Aİ LNG-yə 171,5 milyard avro xərcləyib

Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (IEEFA) Avropa LNG Tutum İzləyicisindən əldə edilən məlumatların toplusuna əsasən, Avropanın LNG idxalı 2023-cü ildə təxminən 167 milyard kubmetr təşkil edib və bu, 2022-ci ilə yaxın səviyyədə olub.

News24.az xəbər verir ki, ötən il ABŞ-dan alınan LNG üçün Aİ ölkələri 26,8 milyard avro ödəyib. Sözügedən resurs üçün Rusiyaya 8,1 milyard avro, Qətərə 7,7 milyard avro, Əlcəzairə 6,1 milyard avro, Norveçə 2,9 milyard avro və Nigeriyaya 2,8 milyard avro ödənilib.

2022-ci ildə LNG idxalına görə Aİ-nin ABŞ-a etdiyi ödənişin məbləği 48,34 milyard avro təşkil edib. Bu ölkəni 15,75 milyard avro ilə Rusiya, 16,06 milyard avro ilə Qətər, 4,78 milyard avro ilə Əlcəzair, 4,52 milyard avro ilə Nigeriya və 4,52 milyard avro ilə Norveç izləyib.

Günel Məlikzadə