İran seçkilər keçiriləcək
    • 26-02-2024, 18:14
    • 142

İran seçkilər keçiriləcək

İranda 4 ildən bir keçirilən Parlament seçkiləri və 8 ildən bir keçirilən Ekspertlər Assambleyası seçkiləri martın 1-də keçiriləcək.

News24.az xəbər verir ki, Milli Məclisə seçkilərdə namizədliyi təsdiq edilən, deputatlığa namizədlik üçün ilkin müraciətlərinə 2023-cü il avqustun 7-də başlanan və əsas müraciət prosesi 2023-cü il oktyabrın 19-dan 25-dək başa çatan şəxslərin siyahısı fevralın 21-də açıqlanıb.

Namizədlərin açıqlanması ilə fevralın 22-də 12-ci Dövr Parlament və 6-cı Dövr Mütəxəssislər Məclisinə seçkilərin rəsmi təbliğat prosesinə start verilib.

Paytaxt Tehranın bəzi yerlərində seçkilərə diqqət çəkmək və insanları səs verməyə təşviq etmək üçün nəhəng seçki qutuları maketləri quraşdırılsa da, divarlarda az sayda namizədin reklam plakatları da görünür.

Deputatlığa namizədlər seçki təbliğatını dövlət televiziyası tərəfindən yaradılmış 200-dən çox yerli televiziya kanalı vasitəsilə həyata keçirirlər.

Ölkədə mitinq və bu kimi fəaliyyətlərə icazə verilməsə də, kiçik miqyaslı toplantıların keçirilməsinə heç bir maneə yoxdur.

Seçki təhlükəsizliyini təmin etmək üçün ölkə daxilində 190 min polis məmuru vəzifə başında olacaq.

Günel Məlikzadə