“Ermənilərin bu amansızlığı...” – Korotçenko
    • 26-02-2024, 21:54
    • 229

“Ermənilərin bu amansızlığı...” – Korotçenko

Xocalı soyqırımına görə məsuliyyət daşıyan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi, tarixi ədalətin bərpası lazımdır.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Xocalı soyqırımının törədilməsindən 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi beynəlxalq hüquq baxımından Azərbaycan xalqına qarşı soyqırımıdır. Erməni hərbçiləri amansız qırğın nəticəsində 613 azərbaycanlını - qadınlar, qocalar və uşaqları qətlə yetiriblər. Xocalı soyqırımına görə məsuliyyət daşıyan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi, tarixi ədalətin bərpası lazımdır”, - ekspert bildirib.