9 türk serialı eyni anda final edir - FOTO
    • 20-04-2019, 11:04
    • 6 638

9 türk serialı eyni anda final edir - FOTO

Türkiyənin bəzi sevilən serialları bu sezon izləyicilərlə vidalaşır. 

Kifayət qədər reytinqi olan və çox sevilən layihələr bu mövsüm final edəcək.

News24.az xəbər verir ki, onlardan biri Show TV-də yayımlanan “Gülperi” serialı 30 mayda izləyiciləri ilə sağollaşacaq. 

“Med Yapım” tərəfindən ərsəyə gələn “Kızım” serialı da bu mövsüm final edəcək. İddia olunur ki, şirkət 2010-ci ildə baş rolu Cansu Derenin canlandıracağı yeni serial çəkəcək.  
Bundan əlavə, “Med Yapım”ın digər ekran işi olan “Bizim Hikaye” də ekranlarla vidalaşır.  Layihənin sonuncu, 72-ci bölümü mayın 30-da efirdə yayımlanacaq. 

Rəsmi açıqlama olmasa da, Kanal D-də yayımlanan “Çoçuklar Duymasın”da bu mövsüm final edəcək. 

30 may günü sonuncu bölümü yayımlanan ekran işlərindən biri də “Çarpışma”dır. “Ay Yapım” tərəfindən çəkilən reytinqli layihə bir sezonluq nəzərdə tutulduğu üçün tamaşaçılarla vidalaşır. 
Tarixi layihə olan “Diriliş Ertuğrul”da 2019-da bitəcək seriallar arasındadır.  Bu barədə baş qəhrəman  Engin Altan Düzyatan  açıqlama verib.  O, ekran işinin bu sezon bitəcəyini, gələn mövsüm “Diriliş Osman” adlı layihənin başlayacağını qeyd edib. Həmçinin, “İstanbullu gelin”, “Jet sosyete”, “Kuzgun”da final edəcək.