-
- 27-02-2024, 16:54
- 654
Peruda fövqəladə vəziyyət elan edildi
Peruda dang qızdırması hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
News24.az xəbər verir ki, Səhiyyə Nazirliyi bu ilin 7 həftəsində qeydə alınan dang qızdırması hallarının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artdığını açıqlayıb.
2024-cü ildə ölkədə yoluxma sayının 31 mini keçdiyinə diqqət çəkən Nazirlik, 2023-cü ildə qeydə alınan 18 ölümə baxmayaraq, bu il indiyədək 32 nəfərin öldüyünü açıqlayıb.
Səhiyyə ekspertləri bəyan ediblər ki, elan edilmiş fövqəladə vəziyyət hökumətin maliyyə dəstəyini köçürməsini və tibb işçilərinin təsirlənmiş ərazilərə göndərilməsini asanlaşdıracaq.
Qeyd edək ki, fövqəladə vəziyyət paytaxt Lima və 24 bölgəni əhatə edəcək.
Günel Məlikzadə