-
- 27-02-2024, 17:34
- 567
Youtube-un BÖYÜK PROBLEMİ
Hal hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində "Youtube" platformasında müəyyən texniki problemlər yaşanır.
News24.az xəbər verir ki, problemlərlə bağlı "Google" məlumat yayıb.
Google-un məlumatında bunlar qeyd edilib:
"Hər kəsə salam,
İstifadəçilərin yüklənmiş videolarla bağlı problemlərin, "YouTube Studio" idarə panelində göstərilməməsi və ya mobil, masaüstü kompüterlərdə "Videolarınız" bölməsində görünməməsi ilə bağlı hesabatlar almışıq. Biz bu problemi araşdırırıq və ən qısa zamanda yeniləmələri təqdim edəcəyik!"
Onu da qeyd edək ki, Amerika, Türkiyə, Rusiya və s. kimi ölkələrdə "Youtube" istifadəçilərinin şikayətləri qeydə alınıb.
Günel Məlikzadə