Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdirilir
    • 23-08-2022, 12:13
    • 244

Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdirilir

Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdirilib. 

Bu barədə News24.az-a “MasterCard” şirkətindən məlumat verilib.

Məlumata görə, sistemin işə düşməsi ilə bağlı prosedurlar yekunlaşıb. 

"Google Pay" 2015-ci ilin sentyabr ayında yaradılıb, "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər "ağıllı" cihazlarda çalışır.