-
- 27-02-2024, 22:40
- 276
Qırmızı işıqda keçdi – 10 yaşlı uşağı əzdi
Çelyabinskdə sürücü qırmızı işıqda keçərək on yaşlı uşağı əzib.
News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Rusiyanın Çelyabinsk şəhərinin Lenin prospektində baş verib. Qəza şahidlərinin sözlərinə görə, uşaq qaydalara uyğun olaraq yolu keçsə də, sürücü “qırmızı işıqda keçib”.
Yerli sakinlər uşağın sağ olduğunu, təcili yardımla xəstəxanaya aparıldığını bildirib. Yol polisindən rəhbərliyin qəzanı nəzarətə götürdüyü açıqlanıb. Əlavə olunub ki, qəza zamanı sürücü ayıq olub.