Avropa Parlamenti Ukraynaya 50 milyardlıq yardımı təsdiqlədi
    • 27-02-2024, 19:15
    • 226

Avropa Parlamenti Ukraynaya 50 milyardlıq yardımı təsdiqlədi

Avropa Parlamenti çərşənbə axşamı keçirilən plenar iclasda Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə dəstəyi paketinin ayrılmasını təsdiqləyib. 

News24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qərar 536 lehinə, 40 deputat əleyhinə, 39 deputat bitərəf olmaqla qəbul edilib.

Xatırladaq ki, fevralın 1-də Aİ liderləri Macarıstanın uzunmüddətli müqavimətini dəf edərək, Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması barədə razılığa gəliblər. Proqram dörd il davam edir.

Avropa Parlamentinin müvafiq komitələri fevralın 22-də yardım proqramının yaradılması qərarını dəstəkləyib.

Mehriban Mirzəzadə