Aİ Ukraynaya daha 1,5 milyard avro yardım ayırdı
    • 25-07-2023, 18:08
    • 317

Aİ Ukraynaya daha 1,5 milyard avro yardım ayırdı

Avropa İttifaqı Ukraynanı dəstəkləmək və infrastrukturun təmiri üçün Ukraynaya 1,5 milyard avro maliyyə yardımı ayırıb.


News24.az xəbər verir ki, bu barədə,  Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.


"Bu gün biz ölkənin işləməsinə və infrastrukturun təmirinə kömək etmək üçün daha 1,5 milyard avro ödədik". 
Qeyd edək ki, Avropa İttifaqı makromaliyyə yardımı proqramı çərçivəsində cari il üçün Ukraynaya 18 milyard avro vəd edib.


Arzu