Ukraynaya daha  50 milyard dollar ayrılacaq
    • 13-09-2023, 15:53
    • 101

Ukraynaya daha 50 milyard dollar ayrılacaq

Avropa Komissiyası Ukraynaya islahatlar və investisiyalar üçün 50 milyard avro məbləğində maliyyə yardımı ayırmağı təklif edir.

News24.az xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında AK rəhbəri Ursula fon der Leyen deyib. 

Onun sözlərinə görə, yardım paketi dörd il davam edəcək.

“Biz investisiya və islahatlar üçün dörd il ərzində 50 milyard avro təklif etdik. Bu, Ukraynaya gələcəkdə müasir və çiçəklənən ölkəni yenidən qurmağa kömək edəcək ”, - deyə fon der Leyen bildirib.

Ayşən