-
- 28-02-2024, 15:05
- 321
Dövlət Agentliyində yoxlama: Ciddi pozuntular aşkarlandı
Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üzrə İş planına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.
Hesablama Palatasından News24.az-a verilən xəbərə görə, audit 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək olan dövrdə həyata keçirilmiş ümumilikdə 398,3 mln. manat məbləğində 253 satınalma müqaviləsini əhatə edib.
Satınalmaların təşkili və müqavilələrin icrası ilə bağlı ilkin satınalma planının müvafiq portalda yerləşdirilməsi, bir mənbədən satınalma metodundan istifadənin payının 20,0%-dən az olması, satınalmalarda qalibin seçilməsi zamanı əksər hallarda aşağı qiymət meyarına əsaslanılması, ortalama iştirakçı sayının minumum tələblərinə əməl edilməsi, müqavilələr üzrə ödəniş müddətlərinə əsasən riayət olunması müsbət hallar kimi qeyd edilməlidir.