Gəncədə xəstəxanada müalicə alan vərəm xəstələrinin sayı GİZLƏDİLDİ
    • 28-02-2024, 14:55
    • 205

Gəncədə xəstəxanada müalicə alan vərəm xəstələrinin sayı GİZLƏDİLDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında audit aparılıb.

Hesablama Palatasından News24.az-a verilən xəbərə görə, 2023-cü ilin İş planına əsasən həyata keçirilmiş audit Gəncə Şəhər Birləşmiş Xəstəxanası (bundan sonra - Xəstəxana) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşımışdır.

2021-2022-ci illər və 2023-cü ilin 9 ayı ərzində müxtəlif mənbələr hesabına Xəstəxananın gəlirləri müvafiq olaraq 39162,1 min manat, 47120,2 min manat və 37224,7 min manat, xərcləri isə bu gəlirlərin müvafiq olaraq 96,9%, 102,2% və 90,5%-ni təşkil etmiş, Xəstəxanaya 16621,6 min manat dəyərində tibbi sərfiyyat əvəzsiz verilmişdir.

Xəstəxana 2023-cü ildə 10 xəstəxana, 1 mərkəz, 11 poliklinika, 1 ailə sağlamlıq mərkəzi, eləcə də təcili tibbi yardım stansiyası və avtomaşınlar qarajını əhatə etmiş, islahatlar nəticəsində A. Səhhət adına və Z. Məmmədov adına xəstəxanaların şöbələri ayrıca xəstəxana kimi smetada təsdiq olunsa da, tibbi xidmətin göstərilməsinə dair hesabatlılıq hər biri üzrə aparılmamışdır ki, bu da həmin tibb müəssisələri üzrə müstəqil şəkildə təhlillərin həyata keçirilməsinə imkan verməmişdir.