Arda Gülərin transferi planları dəyişdi
    • 28-02-2024, 16:29
    • 312

Arda Gülərin transferi planları dəyişdi

Real Madriddə oynamaq şansı tapmaqda çətinlik çəkən Arda Gülərin La Liqa nəhəngində gələcəyi son günlər İspaniya mətbuatının ən maraqlı mövzularından biri olmağa davam edir.

News24.az xəbər verir ki, ötən yay "Fənərbaxça"dan Real Madridə transfer olunan Arda komandanın ulduzu olacaq kimi görünürdü. Lakin gənc futbolçu mövsümün ortası başa çatsa da, həm zədəsi, həm də fiziki problemləri səbəbindən gözlənilən debüt edə bilməyib.

MasFichajes-in xəbərinə görə, baş məşqçi Karlo Ançelottinin Arda Gülərə kifayət qədər güvənmədiyi iddia edilib və şərh edilib:

"Onun kimi potensiala malik bir oyunçuya vaxt verməmək israfçılıqdır. Bu vəziyyət "Real Madrid"in bu barədə düşünməsinə səbəb olub. ”.

İddia edilib ki, "Real"ın 19 yaşlı futbolçu üçün planı "onu daha çox oyun vaxtı əldə edə biləcəyi komandaya icarəyə göndərmək"dir.

Bu yolla məqsəd Ardanın daha yaxşı səviyyədə qayıtması və komandada daha yaxşı yer tutmağa hazır olmasıdır.

Xəbərdə ara transfer dönəmində gənc istedadın başqa komandaya icarəyə verilməsinin gündəmdə olduğu xatırladılıb və o zamankı variantların İspaniya xaricindən olduğu bildirilib. Türkiyəli futbolçunun növbəti ünvanının A seriyası olacağı barədə xəbərlər yayılsa da, hazırda vəziyyətin dəyişdiyi vurğulanıb.

Ardanın transfer variantlarının az olmayacağı və həm İspaniyadan, həm də xaricdən komandaların onun arxasınca getdiyi bildirilib.

Günel Məlikzadə