Arda Gülərə yeni müştəri ÇIXIB
    • 6-09-2023, 20:01
    • 613

Arda Gülərə yeni müştəri ÇIXIB

Madrid "Real"ının yeni transferi Arda Gülərə yeni "elçi" var.

News24.az offsideplus.az-a İspaniya mətbuatına istinadla xəbər verir ki, "Real Betis" klubu 18 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün "kral klubu"na təklif göndərib.

Lakin "Real" rəhbərliyi bu təklifi geri çevirib.

Qeyd edək ki, türkiyəli futbolçu sağ dizindən əməliyyat olunduğu üçün bir müddətdir yaşıl meydanlardan kənarda qalıb. Onun yaxın günlərdə sıralara qayıdacağı gözlənilir.