-
- 20-04-2019, 17:00
- 2 262
"Niyazini görəndə, elə bildim KQB-dən göndəriblər, məni həbs edəcək” – FİLM KİMİ HEKAYƏT – SƏBUHİ SƏDƏF YAZIR
Əslində onu xatırlamağım təsadüf oldu. Bu yaxınlarda saytların birində uzun illər Parisdə mühacir həyatı yaşamış, elə oradaca dəfn edilmiş dahi Üzeyirin qardaşı Ceyhun Hacıbəylinin gəliniylə müsahibə dərc edilmişdi.
Həmin müsahibəni oxuya-oxuya o yadıma düşdü. Yox, Hacıbəylilərdən deyil. Amma məhz Ceyhun bəyə dolayı olsa da, aidiyyatı var.
***
...Biz Fransaya bir sənədli filmin çəkilişiylə bağlı getmişdik. Amma dostumuz, tanınmış rejissor Elçin Musaoğlu Fransaya gəlmişkən burda yaşayan azərbaycanlılarla bağlı başqa mövzuların axtarışındaydı. Çəkiliş günlərinin birində bizə xəbər verdilər ki, Parisdə Fransa müqavimət hərəkatından sağ qalmış yeganə azərbaycanlı partizan yaşayır. Məşhur filmdəki kimi “çıxmasın, xanəndə, neftçi, bu ki lap qiyamət oldu” məntiqiylə həmin adamın axtarışına çıxdıq. İki gün keçmədi adamı, daha doğrusu ünvanı tapdıq. Səhv eləmirəmsə, səfirlikdən onunla əlaqə saxlamışdılar. O da bizi evinə dəvət etmişdi.
Zənnim məni yanıltmırsa Paris metropolitenin “Convention” stansiyası tərəfdəydi yaşadığı ev.
Dördmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzilin qapısını özü açdı. Tək yaşayırmış…
Bəs kim idi bu adam? Biz kimin arxasınca gəlmişdik? Əslində bu ad sizə heç nə deməyəcək. Amma onun taleyi neçə seriyaya sığacaq gözəl bir filmin ssenarisidir.
Qədir Süleymanov. 1917-ci ildə İrəvanda anadan olub. İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarında vuruşub, yaralanıb və əsir düşüb. Bir müddət əsir düşərgələrində qaldıqdan sonra o, Almaniyaya səfər edən Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müdaxiləsi ilə əsirlikdən azad edilib.
Müharibə başa çatdıqdan sonra isə Qədir Süleymanov Fransanın paytaxtı Parisdə qalmağa qərar verib. O, Fransanın azadlığı uğrunda göstərdiyi şücaətə görə bir çox mükafatlarla təltif olunub.
Qədir Süleymanov 1989-cu ildə Fransada Azərbaycan Evinin əsasını qoyanlardan biri, bu ölkədəki Azərbaycan diasporunun ən fəal üzvlərindən idi.
O, 2014-cü il sentyabrın 14-də vəfat edib, iki gün sonra Parisdəki Monparnas məzarlığında torpağa tapşırılıb.
***
Adam70 ilə yaxın idi ki, Fransada yaşayırdı, nəinki dili unutmuşdu, ləhcəsini belə dəyişməmişdi. 94 yaşı vardı biz onunla görüşəndə. Amma çox qıvraq idi. Bizi stol arxasına dəvət edib, o biri otağa keçdi. Əsgər cəldliyi ilə əynini dəyişdi, orden və medallarla dolu mundirini geyib gəlib əyləşdi.
Müharibə başlayanda 24 yaşı olub. Onun da qulluq etdiyi alayı heç bir hazırlıqsız-filansız ön cəbhəyə atıblar. 1941-ci ildə Krımda – Feodosiya yaxınlığında gedən qanlı döyüşlərdə yaralanaraq əsir düşüb. Bir müddət müxtəlif əsir düşərgələrində min bir zülm görüb, ən ağır işlərdə işləyib. Bir dəfə hətta özünü öldürmək həddinə çatıb. Dözüb, dayanıb. Nəhayət əksər sovet əsirləri kimi almanlar onu da milli legiona daxil ediblər və tərcüməçi kimi istifadə etmək üçün xüsusi təlim keçiblər. Müharibənin sonuna yaxın onun qulluq etdiyi legion Fransaya göndərilib və o, legiondan qaçaraq yerli partizanlara qoşulub.
Müharibədən sonra isə Qədir Süleymanov SSRİ-yə qayıtmayıb, Parisdə qalmağı qərara alıb. Amma üstündə heç bir sənədi olmayıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yazılan “Qərib məzarlar” kitabında deyilir: “Həmin dövrdə Fransada yaşayan Azərbaycan nümayəndə heyətinin üzvləri sənəd düzəltməkdə belə adamlara kömək ediblər. Qədir Süleymanova bu işdə Əlimərdan bəyin oğlu Ələkbər bəy Topçubaşı yardımçı olub. Sonralar Qədir Süleymanovun dediyinə görə, həmin vaxt Əkbər ağa Şeyxülislamovun Parisdə kiçik qatıq dükanı olub və Ələkbər bəy ona həmin qatıq dükanında işləməsi barədə sənəd düzəldib və yalnız bundan sonra o, Fransada yaşamaq hüququ qazana bilib. İllər keçəndən sonra Qədir Süleymanov Fransanın azadlığı uğrunda göstərdiyi xidmətlərə görə, bir sıra hökumət mükafatları ilə təltif olunub. Müharibədən sonra onunla əsirlikdə olan rus qadınla ailə qurub, lakin bu evlilik uzun sürməyib. Həmin qadından Boris adlı oğlu dünyaya gəlib və hazırda Parisdə yaşayır. Ömrünün sonuna qədər tək yaşasa da, oğlu və Volodya, Saşa və Aleksey adlı üç nəvəsi ilə mehriban münasibət saxlayıb, daim onların qayğısı ilə əhatə olunub. Vətənindən ayrı düşmüş Qədir Süleymanov yalnız ötən əsrin 70-ci illərində Azərbaycanla əlaqə saxlamağa cürət edib və ilk dəfə qardaşı ilə telefonla danışa bilib... Daha doğrusu, özünün dediyinə görə, hər ikisi telefonda hönkür-hönkür ağlamalı olub... Bu danışıqdan xeyli sonra Azərbaycana gəlib və artıq Ermənistandakı yurd-yuvalarından qovulmuş qohum-əqrəbasını Göyçayda və Gəncədə tapa bilib...”
***
Amma onun həyatında ən maraqlı və qandonduran məqam isə maestro Niyaziylə bağlı olub. Yəqin bilirsiz ki, Niyazi və Hacıbəylilər əmiuşağı olublar.
Maestro 1961-ci ildə ilk dəfə Parisdə olarkən əmisi oğlunu tapmağa cəhd etməyib, çəkinib. Çünki Ceyhun bəy siyasi mühacir kimi SSRİ-də arzuolunmaz şəxs sayılırdı. Bir də 7 il sonra o, Ceyhun bəyi tapa bildi. Amma özünü yox, Ceyhun bəyin qəbrini.
Qədir dayı danışırdı ki, həmin gün o, işdə olub.
Qəfil iş yerimə zəng gəldi. Mənə dedilər ki, evdəndi. Yoldaşım dedi ki, təcili evə gəl. Azərbaycandan gələnlər var. Əynimi dəyişib evə getdim. Çox həyəcanlı idim.25 ildən çoxdu mənim SSRİ-də qalan ailəmlə, qohum-əqrəbamla heç bir əlaqəm yox idi. Qapını içıb içəri girəndə yerimdə donub qaldım!
Qədir dayı deyir ki, qarşısındakı kişini ilk dəfəydi gördüm. Döşündə sovet baraqının əks olduğu nişan vardı. Həmin an fikirləşdim ki, mənimki bitdi, KQB-dən göndəriblər, məni həbs edib Sibirə göndərəcəklər. Yalvarıb ayağına düşmək isətəyirdim başladı məni sakitləşdirməyə. Yanındakı xanım da eləcə məni birtəhər özümə gətirdilər. O, özünü təqdim edəndə məlum oldu ki, dirijor Niyazidir, yanındakı da həyat yoldaşı Həcər xanımdı.
Niyazi ondan Ceyhun bəyi tanıyıb-tanımamasını soruşub. O, tanıdığını bildirib.
- Eə beləcə də dedi: danış. Nə bilirsən danış. Çox danış. Son günlərini danış. Mən danışdıqca o, xəyalən haralarasa gedirdi, kövrəlirdi. Sonra yenə madım-madım üzümə baxıb diqqətlə qulaq asırdı. Bir saata yaxın oturdu bizdə. Sonra sağollaşıb getdilər. Səhəri günü isə onu Ceyhun bəyin dəfn edildiyi qəbirstanlığa apardıq. Qəbiri ziyarəti isə çox çəkmədi. Çünki onu SSRİ səfirliynin əməkdaşları müşayiət edirdi.
Qədir dayı deyir ki, bir də Niyazini görməyib. Ümumiyyətlə, SSRİ-dən Azərbaycana gələn sənət adamları və diplomatlarla intensiv əlaqə bir də Parisdə Azərbaycan Evi yaranandan sonra başlayıb.
Onda isə SSRİ-nin dağılmağına iki il qalırdı…
Səbuhi SƏDƏF