-
- 29-02-2024, 12:00
- 294
Aİ Şurası Ukraynaya 50 milyard avro vəsait ayırır
Avropa İttifaqı miqrasiya siyasətinə və digər xarici siyasət çağırışlarına daha çox vəsait ayıracaq.
News24.az xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.
Məlumata görə, fevralın 28-də Aİ-yə üzv dövlətlərin nümayəndələri tərəfindən təsdiq edilmiş Aİ-nin uzunmüddətli büdcəsinə yenidən baxılmasında nəzərdə tutulub.
Bildirilir ki, Aİ-nin 2021-2027-ci illər üçün çoxillik maliyyə proqramına düzəlişlər Aİ büdcəsi çərçivəsində Ukrayna fondunun yaradılmasını və Ukraynaya 50 milyard avro (qrant şəklində 17 milyard və 33 milyard) maliyyə yardımı paketinin təqdim edilməsini nəzərdə tutur
Mehriban Mirzəzadə