Almaniya Ukraynaya hər il 5 milyard avro ayıracaq
    • 14-08-2023, 23:35
    • 234

Almaniya Ukraynaya hər il 5 milyard avro ayıracaq

Almaniya Ukraynaya kömək üçün hər il 5 milyard avro ayırmaq niyyətindədir.

News24.az xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.

Onun sözlərinə görə, bu, silah tədarükünə də aiddir. O, Kiyevə səfəri zamanı bildirib ki, Almaniya artıq Ukraynaya yardımın illik maliyyələşdirilməsi proqramı hazırlayıb. Amma onun qüvvəyə minməsi üçün belə bir təşəbbüsün hələ də Almaniya parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.

Onun sözlərinə görə, Almaniya artıq Ukraynaya 22 milyard avro maliyyə dəstəyi, o cümlədən, 12 milyard avro hərbi yardım ayırıb.