Qəzzada ölənlərin sayı 30 mini keçdi
    • 29-02-2024, 14:40
    • 255

Qəzzada ölənlərin sayı 30 mini keçdi

Bombardman altında olan Qəzza zolağında fələstinlilər aclıqla mübarizə aparır.

News24.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi bu gün verdiyi açıqlamada İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayının 30 mini keçdiyini açıqlayıb.

Onu da qeyd edək ki, İsrail qüvvələrinin bu gün Qəzzanın qərbində yardım gözləyən kütləyə atəş açdığı və çoxlu fələstinlinin həyatını itirdiyi də bildirilib.

Vasitəçilər İsrail və HƏMAS arasında atəşkəs razılaşması üçün danışıqları davam etdirərkən, yardım təşkilatları Qəzzanın şimalı üçün "aclıq həyəcanı" yaratmağa davam edir.

Günel Məlikzadə