-
- 15-02-2024, 16:03
- 254
Qəzzada can itkisi: 28 633 nəfərə çatdı
Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlamasında İsrailin Qəzza zolağına 132 gündür davam edən hücumları ilə bağlı məlumat verib.
News24.az xəbər verir ki, İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında 87 fələstinlini daha öldürdüyünü qeyd edən Kudra, Qəzzada ölənlərin sayının 28 min 663-ə yüksəldiyini bildirib.
Kudra, İsrail qüvvələrinin son hücumlarında daha 104 fələstinlini yaraladığını və Qəzza zolağında yaralananların ümumi sayının 68 min 395-ə çatdığını bildirdi.
Səhiyyə Nazirliyinin sözçüsü Kudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiklərini vurğulayıb.
Günel Məlikzadə