"Kişi heç kimə lazım deyil"
    • 29-02-2024, 15:06
    • 469

"Kişi heç kimə lazım deyil"

"Bu sənətdə, Azərbaycan səhnəsində kişi heç kimə lazım deyil".

News24.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov deyib.

Müğənni səhnədə daha çox xanımlara üstünlük verildiyini söyləyib:

"Maraq yoxdur axı kişiyə. Bu dəqiqə bir xanım ifaçı ilə yan-yana dayanmışıq. Bu dəqiqə hamı ona baxır. İncəsənətdə maraq xanımlara daha çox olur. Çünki onlar gözəllik əfsanəsidir".