-
- 13-02-2024, 19:29
- 263
Əlikramdan kişilərin plastik əməliyyat trendinə REAKSİYA
“Həyat insana bir dəfə verilir, kimə necə xoşdursa, elə də yaşayır”.
News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov “Günaydın Azərbaycan” verilişində deyib.
Sənətçi kişilərin estetik və plastik əməliyyatlar etdirməsinə normal baxdığını deyərək, bunu etdirən həmkarlarına da haqq qazandırb:
“Plastik, estetik əməliyyatlara normal yanaşıram. Kimə necə xoşdursa, həyatını da elə yaşamalıdır. Kim plastik əməliyyat etdirmək istəyir, qoy etsin, özü bilər.
Həyat insana bir dəfə verilir, kimə necə xoşdursa, elə də yaşayır. Mənə nə lazımdırsa, onu da etmək istəyirəm. Başqasına xoş deyilsə, heç olmasın, özü bilər.
Baxın xarici ölkələrə, heç kim heç kimə baxmır. Sanki yanında heç kim yoxdur. Ona maraqlı da deyil ki, kim nə edib, nə etməyib. Bizdə isə hamı bir-birində qəbahət axtarır”.