Şagirdi məktəbdən qovmaq həll yolu deyil - Nazir
    • 29-02-2024, 15:40
    • 289

Şagirdi məktəbdən qovmaq həll yolu deyil - Nazir

Şagirdi məktəbdən qovmaq həll yolu deyil. Məktəbin işi çətin tərbiyə edilən həmin uşağı islah etməkdir.

News24.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, qapalı və açıq tipli təhsil müəsissələrinin yaradılması müzakirə edilməlidir:

“Bu mövzuda cəmiyyətin müzakirəsi olmalıdır. Valideynlərin icazəsi ilə şagirdlər qapalı tipli müəssisələrdə təhsil almalıdır, yoxsa cəmiyyətin arasında? Bu, qanunvericilikdə var və tətbiqini müzakirə etməyə dəyər”.

Qumral