-
- 21-12-2021, 11:05
- 462
VMA -da qayda pozuntusu varsa, buna cavabdeh Təhsil Nazirliyi deyil - NAZİR
"İcbari təhsil pulsuzdur. Bizdə vətəndaşın öz istəyi ilə başqalarının daha yaxşı təhsil alması üçün məktəbə müəyyən vəsait ödəməsi ilə bağlı mexanizm yoxdur".
News24.az xəbər verir ki, bunu Prezidentin müvafiq sərəncamları ilə bağlı keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, təhsilə nə qədər resurs gəlsə, keyfiyyət də bir o qədər yaxşı olur: "Təhsilin keyfiyyətinin artırılması üçün valideynlərin müəssisəyə vəsait ödəməsində bütün tərəflərin razılığı olmalıdır. Proses könüllü icra edilməlidir".
O, əlavə edib ki, valideyn müəllim assosiasiyası Təhsil Nazirliyinin və ya dövlətin bir qurumu deyil: "Bu assosiasiya ictimai qurumdur. İctimai birliklər haqqında qaydaya görə, valideynlər ictimai birlik və ya QHT yaratmaq hüququ var. Bu birliklər təhsil üçün faydalıdır. Ancaq qayda pozuntusu varsa, buna cavabdeh Təhsil Nazirliyi deyil".