Rza Zərrab Ebru Gündəşin evlilik xəbərinə belə REAKSİYA VERDİ
    • 29-02-2024, 20:18
    • 498

Rza Zərrab Ebru Gündəşin evlilik xəbərinə belə REAKSİYA VERDİ

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi Ebru Gündəş dördüncü dəfə ailə həyatı qurub.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, sənətçi özündən 12 yaş kiçik sevgilisi Murat Özdemirlə ailə qurub.

Cütlüyün özəl günü Türkiyənin Dubaydakı səfirliyində baş tutub. Qeyd edək ki, Ebru Gündəşin son evliliyi iranlı iş adamı Rza Zərrabla olub. Onların bu evlilikdən Alara adlı bir qızları var. 

Ebru Gündəşin bu evlilik xəbəri sosial mediada günlərdir müzakirələrə səbəb olub. Rza Zərrabın Ebru Gündəşlə bağlı son paylaşımı da sosial media istifadəçilərinin diqqətindən yayınmayıb. 

“Hər kəsin yolu layiqincə açıq olsun”,-deyə Rza Zərrab paylaşımında bildirib.