Ebru Gündəş məşhur cütlüyü boşatdırıb? – Xəyanət iddiası
    • 27-02-2024, 11:39
    • 503

Ebru Gündəş məşhur cütlüyü boşatdırıb? – Xəyanət iddiası

4-cü dəfə evləndiyi deyilən müğənni Ebru Gündeşin sürpriz eşq macərasının təfərrüatları bəlli olub. 

49 yaşlı Ebru Gündeşlə 37 yaşlı Murat Osman Özdəmirin gizli şəkildə evləndiyi məlum olub. Özdemir Ebru Gündeşlə 2 il əvvəl dostları arasında tanış olub. Bir müddət gizli görüşüblər. Selin Kabaklı bu xəyanəti eşidəndə dava salıb və ərini evə qaytarıb. 

İddiaya görə, Murat Osman kommersiya problemi yaşadığını deyib və 2023-cü ilin iyulunda Selin Kabaklını kağız üzərində boşanmağa razı salıb.

Murat Osman Özdəmir ötən ilin dekabrında Ebru Gündeşin bir məkanda ifasını dinləmək üçün Ankaraya gedib və cütlüyün münasibəti yenidən başlayıb.

Ebru Gündeşin iş adamı Murat Özdemirlə Dubayda evləndiyi və cütlüyün bal ayında Körfəz turuna çıxacağı xəbərləri yayılıb.

Qeyd edək ki, Murat Osman Özdemir Selin Kabaklı ilə 2018-ci ildə Adanada ailə həyatı qurmuşdu. Cütlüyün bir qızı var idi.

Könül