-
- 20-04-2019, 15:43
- 4 667
Doğuş üçün "Leyla Şıxlinskaya" xəstəxanasına getdi - ÖMÜRLÜK ƏLİL OLDU - FOTOLAR
2017-ci il iyulun 17-də üçüncü övladını dünyaya gətirmək üçün “Leyla Şıxlinskaya Klinikası”na gedən Kəmalə Atakişiyeva oradan birinci qrup əlil kimi çıxıb.
Bundan öncə bankda çalışan, həm orada, həm də evdə işlərinin öhdəsindən gələn K.Atakişiyeva özü həyat yoldaşı və azyaşlı övladlarının ümidinə qalıb. Ancaq onların köməyilə hərəkət edə bilir.
News24.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bu günlərdə Ali Məhkəmədə Gündüz Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası bu məsələni araşdırıb. Həm K.Atakişiyevanın ailəsi Ali Məhkəməyə şikayət vermişdi, həm də klinika rəhbərliyi.
K.Atakişiyeva klinikada birinci qrup əlil olandan sonra ailəsi Xətai Rayon Məhkəməsində klinikaya qarşı 500 min manat (300 min maddi, 200 min mənəvi ziyan) təzminat tələbiylə iddia qaldırmışdı. Məhkəmə yalnız 40 min manat mənəvi ziyan ödənilməsinə qərar vermişdi. Həyat yoldaşı Azər Atakişiyev bu qərardan apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsi K.Atakişiyevanın hadisədən öncə qazancını və əlil olması nəticəsində əldən çıxmış faydanı nəzərə alıb, 74 min maddi, 40 min də mənəvi ziyanın əvəzi olaraq, ümumilikdə 114 min manat kompensasiya təyin edib.
K.Atakişiyevanın yaxınları bu məbləğin artırılması, klinika rəhbərliyi isə əksinə, 114 minlik kompensasiya qərarının ləğvi üçün Ali Məhkəməyə şikayət vermişdi. Amma Ali Məhkəmə apellyasiya məhkəməsinin 114 min manatlıq kompensasiya qərarını qüvvədə saxlayıb.
Hadisəyə gəlincə, Azər Atakişiyev bildirir ki, həyat yoldaşının başına gələnlər barədə bunları danışır: “Üçüncü övladımızı dünyaya gətirmək üçün o klinikaya getmişdi. Sağlam idi, səhhətində problem yox idi. Sən demə, qeysəriyyə əməliyyatı vaxtı komaya düşüb. Komada olduğu müddətdə də hər iki ayağı yandırılıb. Komada olan vaxt bizə onu göstərmirdilər. Görəndə ayaqlarından dəhşətə gəldik. Yanıqlar o qədər dərin idi ki, sümüyü görünürdü. Soruşduq ki, bu nədir? Dedilər ki, ayaqlarına “qrelka” qoyulmuşdu, ondan yanıb. Özlərinə də dedim ki, “qrelka”dan belə yanıq ola bilməz. İkincisi, komada olan adama “qrelka”nın nə köməyi ola bilər? Aydın məsələydi ki, səhlənkarlıqdan necəsə yandırmışdılar, bizi aldadırdılar. Beş gün sonra komadan tam ayılmamış məlum oldu ki, yanığı da vaxtında təmizləməyiblər, qana zəhərlənmə verib. Yenidən əməliyyata saldılar. İkinci əməliyyatdan iki günə ayıldı. Onda toksiki ensefolopatiya yarandı. Özünü idarə edə, gəzə bilmirdi, yaddaşı pozulmuşdu, nevroloji üz mimikaları əmələ gəlmişdi”.
Hadisədən sonra K.Atakişiyevaya birinci qrup əlillik dərəcəsi təyin olunub. Onun 13, 11 yaşlarında, bir də 2017-ci ilin iyulunda dünyaya gətirdiyi üç övladı var. Həyat yoldaşı deyir ki, ana uşaqlarına qayğı göstərmək əvəzinə, 11-13 yaşlı iki böyük övladı analarına yardım edir – onu yedirir, qolundan tutub gəzdirir: “Bu səhnəni görmək hər gün ölüb-dirilmək deməkdir. Nəyimiz vardısa, bu il yarımda satıb iynə-dərmana, həkimlərə vermişik. Özünü idarə eləyə bilmir deyə, ona baxmaq üçün ayrıca adam tutmuşuq. Körpə uşaq anadan olandan ona da başqa yerdə bir adam baxır, çünki anasının səsə dözümü yoxdur. Dərd burasındadır ki, Azərbaycanda müalicəsi yoxdur. Türkiyəyə də aparmışıq, orada da müalicəsi mümkün olmadı. Deyiblər ki, İsraildə mümkündür, ora üçün də 90 min dollar tələb olunur”.
A.Atakişiyevin sözlərinə görə, klinika rəhbərliyi həyat yoldaşının bu vəziyyətdə çıxarılmasını tələb edirdi. O isə razılaşmır, deyirdi ki, necə sağlam gətirilmişdisə, o cür də sağaldılıb təhvil verilməsini tələb edir. O zaman Səhiyyə Nazirliyi də məsələyə müdaxilə edib belə ağır vəziyyətdə çıxarılmasına icazə verməyib. Təxminən iki ay sonra – sentyabrın 12-də isə zorla K.Atakişiyevanı klinikadan çıxarıblar: “İnsanı ömürlük bədbəxt etmələri bir yana, həkim adına yaraşmayan tərzdə davranırdılar. O klinikada 10 min manata qədər pulumuzu da aldılar, ailəmi, üç uşağımı da bədbəxt elədilər. Hələ üstəlik, özümüzü də polis gücünə klinikadan qovdular. Leyla gəlib dedi ki, “bu dəqiqə generala zəng vuracağam, sənin başına oyun açacağam”. 10 dəqiqə çəkmədi, polislər gəlib töküldülər.
Həyat yoldaşı bildirir ki, K.Atakişiyevaya müddətsiz birinci qrup əlillik təyin edildiyindən, məhkəmə də bu günə qədər olanları yox, bundan sonra ona çəkiləcək xərcləri, əldən çıxan faydanı da nəzərə almaq lazımdır: “Ekspert rəyindən görünür ki, əməliyyatın icrasıyla əlaqədar baş vermiş geridönməz fəsadların yaranması nəticəsində həyat yoldaşım bu vəziyyətə düşüb. Əməliyyatdan sonra onda həm də haşimato xəstəliyi (ömür boyu davam edən qalxanvari vəz iltihabı) yaranıb”.