Putin bu dövlətlərə xəbərdarlıq etdi – “Ərazinizi vura bilərik”
    • 29-02-2024, 20:38
    • 249

Putin bu dövlətlərə xəbərdarlıq etdi – “Ərazinizi vura bilərik”

Qərbin fəaliyyətləri nüvə silahından istifadə ilə münaqişə, bunun nəticəsində sivilizasiyanın məhvi təhdidlərini yaradır.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Rusiya lideri Vladimir Putin bu sözləri Federal Məclisdə çıxışı zamanı deyib.

“Onların (Qərbin) ərazisindəki hədəfləri vura bilən silahlar var. Bütün bunlar nüvə silahının istifadəsi ilə münaqişə və sivilizasiyanın məhvi təhdidini yaradır”, - Putin vurğulayıb.

Rusiya prezidenti bundan əvvəl bildirmişdi ki, ölkənin təhlükəsizliyinə təhlükə yaranarsa, nüvə silahından istifadə edə bilərlər, amma Moskvanın hələlik belə bir ehtiyacı yoxdur. Onun sözlərinə görə, Rusiyanın daha çox nüvə silahına malik olduğunu nəzərə alaraq, Qərb bunları azaltmaqda israrlıdır, amma buna nail olmayacaq.