Maaş az olub deyə, repetitorluq ediblər, bu, normaldır - Nazir
    • 29-02-2024, 17:09
    • 269

Maaş az olub deyə, repetitorluq ediblər, bu, normaldır - Nazir

Müəllimin dərsdən sonra qalaraq şagirdlə məşğul ola bilər. Burada qeyri-qanuni heç nə yoxdur.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Nazirin sözlərinə görə, müəllimlərin dərsdən sonra repetitorluqla məşğul olması ondan qaynaqlanır ki, uzun müddət müəllimin maaşı yüksək olmayıb:

"Ona görə bəzi müəllimlər repetitorluq ediblər. Biz ona görə sertifikasiya edib müəllimlərin maaşını artırmağa çalışırıq. Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq. Mənim fikrimcə, müəllim öz sinfində öz şagirdlərinə ödənişli formada dərs keçməməlidir”.