-
- 29-02-2024, 15:49
- 1 109
Bu müəllimlərin əmək haqqı yüksək olacaq - Emin Əmrullayev
Qarabağ Universitetində ilkin mərhələdə min tələbənin təhsil alması və 70 daimi orada yaşayan müəllimin olması planlaşdırılır.
News24.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, universitetdə 6 fakültənin olması planlaşdırılır:
“Qarabağ Universitetindı ibtidai sinif və riyaziyyat müəllimliyi, mühasibat uçotu, maliyyə, hüquqşünaslıq, musiqi və dizayn, kompüter mühəndisliyi ixtisasları olacaq”.
Emin Əmrullayev əlavə edib ki, Qarabağ Universitetində dərs deyəcək müəllimlərin əmək haqqı orta göstəricidən yüksək olacaq. Eyni zamanda tələbələr üçün təhsil tamamilə ödənişsiz olacaq. Həmçinin onlar pulsuz yataqxana ilə də təmin olunacaqlar.
Bütün vakansiyalar barədə elan veriləcək. Xankəndi, Şuşa və Ağdamdan olan alimlərlə görüş keçirməyi düşünürük.