İrlandiya prezidenti xəstəxanaya yerləşdirildi
    • 1-03-2024, 11:30
    • 358

İrlandiya prezidenti xəstəxanaya yerləşdirildi

İrlandiya prezidenti Maykl Hiqqins özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə RTE televiziyası məlumat yayıb.

Məlumata görə, həkimlər 82 yaşlı dövlət başçısını əvvəlcə Dublindəki Feniks Parkdakı prezident iqamətgahında müayinə ediblər. İlk müayinə heç bir narahatlıq yaratmasa da, Higgins əlavə müayinələr üçün xəstəxanaya yerləşdirildi. Onun səhhəti ilə bağlı daha sonra açıqlama veriləcək.

“Prezidentin əhval-ruhiyyəsi əladır və ona göstərilən qayğıya görə tibb işçilərinə təşəkkür edib”,- deyə məlumatda qeyd olunub.

Mehriban Mirzəzadə