Banqladeşdə 7 mərtəbəli restoranda yanğın
    • 1-03-2024, 12:30
    • 175

Banqladeşdə 7 mərtəbəli restoranda yanğın

Banqladeşin paytaxtı Dəkkədə Kacchi Bhai adlı 7 mərtəbəli restoranda yanğın baş verib. Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

News24.az xəbər verir ki, yanğın söndürüldükdən sonra Banqladeş Səhiyyə Naziri Dr. Samanta Lal Sen yanğında 43 nəfərin öldüyünü, ən azı 40 nəfərin yaralandığını açıqlayıb.

Yanğınsöndürənlər 75 nəfəri yanğından xilas edə biliblər.

Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə