Moskvada hündürmərtəbəli binada güclü yanğın olub
    • 3-05-2022, 19:33
    • 332

Moskvada hündürmərtəbəli binada güclü yanğın olub

Moskva vilayətinin Mıtışi şəhərində hündürmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Yanğın nəticəsində üç nəfər ölüb.

Hazırda yanğının davam etdiyi binadan yanğınsöndürənlər ikisi uşaq olmaqla 8 nəfəri xilas edə biliblər.

Binanın bir sakini yanğından xilas olmağa çalışaraq dördüncü mərtəbədən özünü atıb. O, təcili yardım maşınında ölüb. Digər iki nəfər isə liftdə ölüb. /Apa.az/