11 yaşlı uşağın komaya salınması ilə bağlı həkimindən İLK AÇIQLAMA - ÖZƏL
    • 1-03-2024, 14:27
    • 6 009

11 yaşlı uşağın komaya salınması ilə bağlı həkimindən İLK AÇIQLAMA - ÖZƏL

Xəbər verdiyimiz kimi, Bakı Sağlamlıq Mərkəzində anesteziya üsulu ilə dişi müalicə olunan 11 yaşlı uşaq komaya düşüb. Hadisəyə səbəbin isə həkim səhlənkarlığı olduğu deyilir.

İddialarda adı səslənən stomatoloq Bəhruz Rüstəmov News24.az-a açıqlamasında bildirdi ki, iddialarla bağlı ən qısa zamanda rəsmi açıqlama veriləcək:

"Rəsmi açıqlama olacaq və orada hər şeyə aydınlıq gətiriləcək. Rəsmi açıqlama yayımlanmadan heç kimə heç bir açıqlama verilmir". 

Xatırladaq ki, iddialara görə, Zamin  Babayev 21 fevralda 11 yaşlı qızının dişini müalicə edib plomb qoyulması üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət edib. Bəhruz Rüstəmov adlı stomotoloqa yönləndirilib. Valideyn prosesin sedasiya üsulu ilə həyata keçirilməsini istəyib. Lakin həkim özbaşına aneztesiya üsulu ilə müalicəyə başlayıb. Anestezioloq Fərəh Amanova uşağa narkoz qoşub otaqdan çıxıb. Səhlənkarlıq nəticəsində uşaqda oksigen çatışmazlığı yaranıb və komaya düşüb. Komaya düşəndən sonra 4 gün müddətində Bakı Sağlamlıq Mərkəzində uşaq düzgün müalicə olunmayıb. 4 gün sonra uşaq ambulansla Mərkəzi Klinik Xəstəxanaya aparılıb. Orada məlum olub ki, aneztezioloqun səhlənkarlığına görə uaşğın beyin 4-5 dəqiqə oksigensiz qalıb. İlk 72 saatda olunmalı olan müdaxilənin hec biri olunmayıb və uşağın beyninin bir hissəsi zədələnib. 9 gündü 11 yaşlı uşaq komadadır. Həkimlərin bildirdiyinə görə, uşaq ən yaxşı halda yataq xəstəsi olacaq.

Qumral