Azərbaycanda dəhşətli həkim səhvi - 6 YAŞLI UŞAQ ÖLDÜ
    • 19-11-2021, 10:07
    • 705

Azərbaycanda dəhşətli həkim səhvi - 6 YAŞLI UŞAQ ÖLDÜ

Ötən gecə Mingəçevir şəhərində yerləşən Regional Hospitalda Ağdaş rayonunun Yuxarı Bucaq kənd sakini, 2015-ci il təvəllüdlü Məmmədzadə Sabit Cavid oğlu ölüb.

News24.az-ın məlumatına görə, koma vəziyyətində xəstəxanaya daxil olan uşaq bir neçə dəqiqə sonra vəfat edib.

Azyaşlının anası Günay Məmmədzadə bildirib ki, övladı Yevlax rayon Mərkəzi Xəstəxanasənın Nizaməddin adlı həkiminin səhlənkarlığının qurbanı olub.

Belə ki, həkim yüngül əməliyyat üçün çox az narkoz verməli olduğu halda, tibbi yoxlanış və araşdırma aparmadan səhlənlarcasına uşağa notmadan xeyli artıq narkoz vurub. Nəticədə Sabit Məmmədzadənin halı pisləşib və komaya düşüb.

Həkim səhlənkarlığı ilə bağlı cinayət işi açılıb.