Bakıda qəfil komaya düşən 13 yaşlı oğlan öldü – FOTO
    • 21-06-2023, 11:20
    • 389

Bakıda qəfil komaya düşən 13 yaşlı oğlan öldü – FOTO

Bakıda qəfil komaya düşən və qaraciyər çatışmazlığı aşkarlanan 13 yaşlı oğlan xəstəxanada vəfat edib.

News24.az xəbər verir ki, təxminən 10 gün əvvəl Binə qəsəbə sakini olan 2010-cu il təvəllüdlü Şakir Kənan oğlu İmanlıda ağır xəstəlik aşkar edilib. O, xəstəxanaya yerləşdirilib və bir neçə gün koma vəziyyətində qalıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, 13 yaşlı Şakir vəfat edib.

Yaxınları bildirib ki, uşaqda əvvəllər epilepsiya xəstəliyi olub. Daha sonra onda qaraciyər çatışmazlığı yaranıb və qısa müddətdə uşaq komaya düşüb.

Qeyd edək ki, bir neçə gün öncə Şakir İmanlıya kömək məqsədilə sosial şəbəkələrdə aksiyalara başlanmışdı.