13 yaşlı uşaq həmyaşıdını qanına QƏLTAN ETDİ - ANBAAN VİDEO
    • 1-03-2024, 17:11
    • 587

13 yaşlı uşaq həmyaşıdını qanına QƏLTAN ETDİ - ANBAAN VİDEO

Türkiyənin Bursa şəhərində küçədə uşaqlar arasında çıxan dava ölümlə nəticələnib. 

News24.az xəbər verir ki, bu barədə “Sabah TV” məlumat yayıb. 

Hadisə günorta radələrində Yıldırım rayonunun Sinandede səmtində baş verib. Küçədə dalaşan iki azyaşlı uşaq qrupu arasında mübahisə yaranıb. Qısa müddətdə davaya çevrilən hadisədə A.B Abdullah A.-ya ürəyinin və böyrəyinin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi vuraraq xəsarət yetirib. Adı açıqlanmayan 1 nəfərin daha yaralandığı hadisədən sonra E.U və dostları qaçıb.

Məlumata görə, bıçaqlanan 13 yaşlı Abdullah A. aparıldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, təhlükəsizlik kamerası və cib telefonu ilə qeydə alınan hadisənin ardından nəzarətə alınan AB (13) nəzarətə alınarkən, HA (13) isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Mehriban Mirzəzadə