Səkkiz yaşlı uşaq həmyaşıdını bıçaqladı
    • 26-07-2023, 15:35
    • 147

Səkkiz yaşlı uşaq həmyaşıdını bıçaqladı

Moskvada səkkiz yaşlı uşaq oyun meydançasında həmyaşıdını bıçaqlayıb.

News24.az
xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Hadisə iyulun 24-də Novoçeremuşkinskaya küçəsindəki uşaq meydançasında baş verib, ilkin məlumata görə, səkkiz yaşlı məktəbli bıçağı ilə həyətə girərək dostuna xəsarət yetirib. Oğlan onu yaralayaraq qaçıb, zərərçəkənin ailəsi onu tibb müəssisəsinə aparıb.

Zərərçəkənin valideynləri də polisə şikayət edib, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.

Aydan