“Lids”in futbolçusu Bakıya gəlir
    • 1-03-2024, 23:39
    • 489

“Lids”in futbolçusu Bakıya gəlir

Bolqarıstan millisinin Bakıda keçiriləcək “FİFA Series” turniri üçün heyətində yer alacaq legionerlər açıqlanıb.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, yığmanın baş məşqçisi İlian İliyev ölkə xaricində çıxış edəcək futbolçuların siyahısını müəyyənləşdirib.

Heyətdə 14 legioner yer alacaq: Dimitar Mitov (“Sent-Conston”, Şotlandiya), Aleks Petkov (“Şlyonsk”, Polşa), Petko Xristov (“Spetsiya”, İtaliya), Valentin Antov (“Kremoneze”, İtaliya), Yoan Stoyanov (“Hapoel”, Beyer-Şeva, İsrail), İliya Qruyev (“Lids”, İngiltərə), Filip Krastev (“Zvolle”, Niderland), Georgi Kostadinov (APOEL, Kipr), Lukas Petkov (“Qroyter Fürt”, Almaniya), Georgi Rusev (“Syon”, İsveçrə), Svetoslav Kovaçev (“Axmat”, Rusiya), Kiril Despotov (PAOK, Yunanıstan), Martin Minçev (“Rizəspor”, Türkiyə), Georgi Minçev (AEL, Kipr).

Qeyd edək ki, Bolqarıstan millisi martın 22-də Tanzaniya, 25-də Azərbaycan yığması ilə qarşılaşacaq.