-
- 2-03-2024, 11:25
- 359
Yellendən G20 şərhi
Yellen Çilinin maliyyə naziri Mario Marsel ilə ikitərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında sualları cavablandırıb.
News24.az xəbər verir ki, G20 maliyyə nazirlərinin Rusiya-Ukrayna müharibəsi və Qəzzaya hücumlarla bağlı fikir ayrılıqlarına görə bəyannamənin dili ilə bağlı razılığa gələ bilmədikləri sualına cavab olaraq, Yellen ABŞ-ın bu sahədə görülən işlərə qətiyyətlə sadiq olduğunu vurğulayıb.
Görüşlərin ümumi qlobal prioritetlərin irəliləyişində uğurlu olduğuna inandığını bildirən Yellen, beynəlxalq vergilər, epidemiya fondunun yaradılması, çoxtərəfli inkişaf banklarının maliyyələşdirilməsi kimi mövzularda birgə çalışdıqlarını qeyd edib.
ABŞ-ın xüsusilə təmiz enerji sahəsində təchizat zəncirlərini şaxələndirməsinin vacibliyinə toxunan Yellen, ölkənin kritik minerallar, günəş panelləri və külək turbinləri kimi məsələlərdə Çindən son dərəcə asılı olduğunu bildirib.
Çili ilə ticari əlaqələri genişləndirmək üçün imkanlar gördüklərini ifadə edən Yellen, "Demək istərdim ki, biz Çinlə iqtisadi əlaqələrimizi kəsməyə çalışmırıq" dedi.
ABŞ administrasiyasının milli təhlükəsizliyi qorumaq istədiyini qeyd edən Yellen, ədalətsiz olduğunu düşündükləri bəzi ticarət praktikalarına toxunmaq istədiklərini, lakin Çinlə daha dərin əlaqələri alqışladıqlarını açıqladı.
Yellen qeyd edib ki, Çili Çinin mühüm ticarət tərəfdaşlarından biridir, lakin onların bu vəziyyətdə problemi yoxdur.
Günel Məlikzadə