-
- 20-04-2019, 17:38
- 6 449
Xərçəng bürcü (29 iyul - 4 avqust)
Bu həftə iş həyatınızda sizi hərəkətə gətirən və məsuliyyəti üzərinizdə olan məsələlər daha çox ön planda olacaq. Sənətinizlə bağlı məsələlərdə daha istəkli olacaqsınız. Ancaq maliyyə məsələlərində diqqətli olmalısınız. Eyni zamanda uzaqda yaşayan yaxınlarınızla bağlı məsələlər də bu həftə sizi məşğul edə bilər. İyulun 31-i ərəfəsində sağlamlığınızla bağlı məsələlər gündəmə gələ bilər. Bu mövzuda bəzi düşüncələr içərisində ola bilərsiniz. Həftə sonuna doğru isə zəkanız və məhsuldarlığınız sizi aha çox ciddi işlərə yönəldə bilər.